"SOCAR Polymer" layihəsi çərçivəsində Sumqayıtda polipropilen plyonka istehsalı zavodunun tikintisi 32 milyon dollar həcmində qiymətləndirilir.
Milli.Az Trend-ə istinadən bildirir ki, bunu "SOCAR Polymer" MMC-nin baş direktoru Fərid Cəfərov deyib.
Qeyd edək ki, "SOCAR Polymer"in ümümi dəyəri 750 milyon dollar təşkil edir. Layihə Sumqayıt Kimya Sənaye Parkında icra olunur.
İlk mərhələdə zavodun istehsalat gücü 120 min ton polietilen və 184 min ton polipropilen təşkil edəcək.
Qeyd edək ki, bu məhsullar həm tibb, həm yüngül sənaye, həm də plastmas istifadə olunan digər sahələrdə işlədiləcək.
Milli.Az