Qadin.NET / "Əbədi disk" satılacaq

"Əbədi disk" satılacaq

"Əbədi disk" satılacaq

Rusiyada informasiyanı 100 min ildən çox saxlaya biləcək "əbədi disk" hazırlanıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, kvars şüşədən hazırlanan disk kitabxana və arxivlərdə sınaqdan keçirildikdən sonra 2021-ci ildə satışa çıxarılacaq.

Tədqiqat qrupunun rəhbəri İvan Qlebov bildirib ki, disk oda, suya, mexanik zədələnmələrə və kosmik radioaktivliyə davamlı olacaq. Yeni texnologiyanın əsas istifadəçiləri kitabxanalar, hərbi hissələr, arxivlər, banklar və digər dövlət orqanları, eləcə də İT şirkətləri olacaq.

İ. Qlebovun sözlərinə görə, layihəyə 2015-ci ildən start verilib. 2021-ci ildə satışa çıxarılacaq diskin qiyməti adi CD-diskin qiymətindən fərqlənməyəcək.

Milli.Az

14 aprel 2017
GO BACK