25 il ərzində Azərbaycan və Almaniya münasibətlərin inkişafı üçün möhkəm əsas yaradıb.
Milli.Az Trend-ə istinadən bildirir ki, bunu jurnalistlərə Almaniyanın Azərbaycandakı səfiri Mixael Kindsqrab deyib.
Onun sözlərinə görə, Azərbaycan müstəqillik qazandıqdan sonra tez bir zamanda Almaniya ölkə ilə diplomatik münasibətlər yaradıb:
"Bu gün biz Azərbaycan və Almaniya arasında dostluq rəmzini təqdim edirik. Mən çox şadam ki, Berlinin simvolu - rəngli ayı Baddi Bakıda bir guşədə öz yerini tapıb".
Qeyd edək ki, Bakının mərkəzində dostluq simvolu ucaldılıb.
Milli.Az