Qadin.NET / Siqaretdən imtina edən şəxs 1 ilə yığdığı pulu görüncə AДћLADI

Siqaretdən imtina edən şəxs 1 ilə yığdığı pulu görüncə AДћLADI

Siqaretdən imtina edən şəxs 1 ilə yığdığı pulu görüncə AĞLADI

Türkiyədə, Dənizlidə kondisioner firması işçisi 42 yaşlı Mehmet Tok 22 il çəkdiyi siqareti 8 il əvvəl atarkən buna xərcləyəcəyi pulu yığmağa başlayıb. 70 min TL yığan Tok beləcə 2 yüngül ticari maşın və 1 motosiklet aldığını söyləyib.

Pulu yığmağa qərar verdikdən bir il keçdikdən sonra pul kisəsini açdığını və ağladığını deyən Mehmet Tok: "Pul kisəmi ilk dəfə açdığımda içərisindən çıxan pulları görəndə hönkür-hönkür ağladım", - deyib.

Siqaret çəkməyə günə iki qutu olmaqla 12 yaşında başlayan Mehmet Tok 8 il əvvəl ürəyində yaranan narahatlığa görə həkimlərin tövsiyyəsi ilə atdığını sözlərinə əlavə edib. 

Məhəmməd Vaqif

Milli.Az

14 aprel 2017
GO BACK