Qoç - səhər saatlarında mühüm iş görməyə başlamağa dəyməz. Əsas məsələlər günün ikinci yarısında yaşanacaq. Çoxdan bəri nəzərdə tutduğunuz planın reallaşdırılmasına başlaya bilərsiniz.
Buğa - stress, sonra da vəziyyətin sakitləşməsindən narahat olmayın. Hadisələrin məhz belə əvəzlənməsi sizi axşam saatlarına qədər tonusda saxlayacaq.
Əkizlər - bu gün önəmli və çətin qərar qəbul etmək çətin olacaq. Təşəbbüslərinizi sərt formada nümayiş etdirməyin, geriyə çəkilməyə ehtiyat yol saxlayın.
Xərçəng - səhər saatlarında sizdən yardım və ya dəstək gözləyən insan olacaq. İşinizlə ciddi məşğul olun, etibar etdiyiniz insanla birliklə çalışın. Günün ikinci yarısında insanlar və hadisələr, şərtlər azadlığınıza, sərbəstliyinizə əngəllər yaratmağa başlayacaqlar.
Şir - vaxtınızı təkbaşına, tənhalıqda keçirməli ola bilərsiniz. Səhhətinizdə yarana biləcək problemlərə laqeyd qalmayın. Əks təqdirdə problem xroniki mərhələyə keçə bilər.
Qız - səhər saatlarında planınız baş tutmasa, pərişanlığa qapılmayın. Bu vaxt aqressiv, ambisioz, kobud olmayın. Münaqişəyə meylli, hərəkətlərinə tam nəzarət etməyən insanların yanında olmayın.
Tərəzi - gün asan keçməyəcək. Hissiyyatınızı işə salın. Aldana bilərsiniz.
Peşəkar, praktik və uzaqgörən olun. Uzunmüddətli fəapliyyət planı hazırlamaq üçün köhnə dostun yardımına ehtiyac yarana bilər.
Əqrəb - həyat tərziniz, yaşam stiliniz və fəaliyyətinizin tipini bu gün köklü şəkildə dəyişə bilərsiniz. Amma unutmayın ki, belə dəyişikliklər ətrafdakı insanları şoka sala bilər.
Oxatan - standart, rutin olmayan işlərdən bezərək qeyri-adi plan fikirləşə bilərsiniz və onu dərhal həyata keçirməyə can atacaqsınız. Lakin unutmayın ki ötənlərdəki əməllərinizin nəticələrindən ibarət maneələrlə qarşılaşa bilərsiniz.
Oğlaq - romantik münasibətlər və görüş üçün əlverişli gün deyil. İş axtaranlar bu gün bəxtlərini sınaya bilərlər. Bilin ki, sizə verilən vədləri yoxlamağa imkanınız olmayacaq. Savad və biliklərinizin hansı səviyyədə olduğu bu gün bilinəcək.
Dolça - telefonun ekranında Facebook statuslarını oxumaqdan bezsəniz, real həyatın nə qədər gözəl olduğunu anlayacaqsınız. Qarşınıza qoyduğunuz məqsədə çatmağa çalışın.
Balıqlar - iş axtaranlar elanlara və dostların məsləhətlərinə inanmasınlar. İşi özünüz tapın. İş yeri və imkanı olanlar isə səhər saatlarını qənimət bilərək günortaya qədər maksimum məhsuldarlıqla çalışsalar, pis olmaz.
Milli.Az