Qadin.NET / İmtahan nəticələri AÇIQLANDI

İmtahan nəticələri AÇIQLANDI

İmtahan nəticələri AÇIQLANDI

Dövlət İmtahan Mərkəzi (DİM) ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına aprelin 9-da keçirilən qəbul imtahanının birinci mərhələsinin nəticələrini elan edib.

Milli.Az xəbər verir ki, DİM-dən report-a bildirilib ki, bakalavrlar DİM-in internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə tanış ola bilərlər.

İmtahanda iştirakı nəzərdə tutulan 13 081 bakalavrdan 109 nəfəri imtahana gəlməyib, ən yüksək nəticə toplanılması mümkün olan 100 baldan 99 bal olub.

Qeyd edək ki, magistraturaya qəbul imtahanının II mərhələsi iyunun 4-də keçiriləcək və bakalavrların ixtisas fənləri üzrə bilikləri yoxlanılacaq.

Milli.Az

12 aprel 2017
GO BACK