Qadin.NET / Günün qoroskopu: yaşananları nəzərdən qaçırmayın

Günün qoroskopu: yaşananları nəzərdən qaçırmayın

Günün qoroskopu: yaşananları nəzərdən qaçırmayın

Qoç - sayıq olun, yaşananları nəzərdən qaçırmayın. Səhhətinizdəki kiçik problemlər həllini tapacaq. Gərəkli insanlarla münasibətlərdə aydınlıq yaranacaq.

Buğa - özünüzdən güclü, qüvvətli və imkanlı rəqibinizi səhər saatlarında üstələməyə çalışmayın. Özünüzü piss hiss etsəniz də, sinirli olsanız da belə davranmayın. Önəmli münasibətlərə son qoya biləcək qalmaqala yol verməyin.

Əkizlər - səhər saatlarından başlayaraq aktiv, sürətli, qətiyyətli, inadkar olun. Çünki axşam saatlarında istəyinizə rəğmən, ofisdə və ya evdə ağır işlə məşğul olacaqsınız.

Xərçəng - emosiyaların izharı üçün əlverişli vaxt deyil. İstənilən təmas və əlaqələrdə, xüsusilə də ailə üzvləri və yaxınlarınızla söhbətlərdə diqqətli olun. Ümumi mənafe naminə yaxınlarınızın maraqlarını nəzərə almağa çalışın.

Şir -  iş tempini bir qədər aşağı salın. İllah da ki, qarşınıza qoyulan şərt və tələblərdə dəyişikliklər olacaq. Qarşılıqlı münasibətlər, əməkdaşlıq, maraqların balansına xüsusi diqqət yetirin.

Qız - səhər saatlarında işlərin çoxluğu sizi bir qədər narahat edə bilər. Rutin işlərlə özünüzü yükləməyin, əks təqdirdə səhhətinizdəki problem ağırlaşa bilər.

Tərəzi - situasiyadan çıxış yolu var və o yol tək deyil. Təmkinli davransanız, peşəkarlıq göstərsəniz, habelə baş verənləri real dəyərləndirsəniz heç nədən çəkinməyə bilərsiniz.

Əqrəb - hadisələr gözlənilməz məcraya yönələ bilər. Qorxmayın, əvvəlcə şəraiti dəyərləndirin. Emosiyalarınıza hakim olun. Düşünülməmiş qərarlar verməyin.

Oxatan - bu vaxtda başqalarının sizə sırımağa çalışdıqları avantüralara yox, əsl işlərə, qarşınızda duran məqsədlərə diqqət verəcəksiniz. Bəzi hadisələr və ya xəbərlər qeyri-adi, paradoksal təsir bağışlaya bilər.

Oğlaq - bu günə yeni qərar, yeni plan və ya yeni layihə ilə başlamayın. Belə olarsa, yeniliyə marağınız tezliklə azalacaq və ya ümumiyyətlə, heç nə alınmayacaq. Günün ikinci yarısı daha məhsuldar olacaq.

Dolça - işdə karyera ierarxiyasında irəliləmək istəyirsinizsə, sərvaxtlığı əldən verməyin. Yeni, gözlənilməz perspektivlərlə bağlı həyatınızda dəyişikliklər ola bilər. Fəqət aldığınız təklifə tələsik razılıq verməyə tələsməyin. Təkliflə bağlı bütün məlumatları əldə etməyə çalışın.

Balıqlar - bu gün fərqli davranın, çünki indiyədək tətbiq etdiyiniz modellər özünü doğrultmur. Başa çatdırmadığınız işlər qalıbsa, operativ olun, onları mümkün qədər tez bitirin.
Günün ikinci yarısında xüsusilə diqqətli olun.

Milli.Az

12 aprel 2017
GO BACK