Aprelin 16-da Türkiyə Konstitusiyasına dəyişikliklərlə bağlı keçiriləcək referendumda iştirak edəcək Azərbaycan nümayəndə heyətinin tərkibi müəyyən olunub.
Milli.Az xəbər verir ki, Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu Trend-ə bildirib ki, nümayəndə heyətinin tərkibinə Milli Məclisin Səhiyyə komitəsinin sədri, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov və Milli Məclisin deputatı, işçi qrupunun üzvü Ağalar Vəliyev daxildir.
A.Təvəkküloğlu qeyd edib ki, bu məqsədlə nümayəndə heyəti aprelin 13-dən 17-nə qədər Ankarada səfərdə olacaq.
Milli.Az