Qadin.NET / Köhnə tankdan 2,5 milyonluq qızıl çıxdı

Köhnə tankdan 2,5 milyonluq qızıl çıxdı

Köhnə tankdan 2,5 milyonluq qızıl çıxdı

Britaniyalı kolleksiyaçı Nik Mid bir gün ərzində az qala milyonçuya dönmüşdü.

Milli.Az The Guardian-a istinadən bildirir ki, o, vaxtilə İraq ordusunda istifadə olunmuş köhnə T-54 tankını eBay onlayn-hərracında satın alıb.

Tankın yanacaq çənindən 2,5 milyon dollarlıq qızıl külçələri çıxıb.

Mid tankı 37 min dollara almışdı.

"Nə edəcəyimi bilmirdim. Dərhal polisə zəng vurdum, çünki 5 qızıl külçəsi ilə banka gedə bilməzdim", - Nik Mid söyləyib.

Polis qızılı müsadirə edib.

Midin satın aldığı tank 1990-1991-ci illərdəki Körfəz Savaşı zamanı beynəlxalq koalisiya tərəfindən ələ keçirilmişdi. Qızıl külçələri tanka Küveytdə iraqlı hərbçilərin gizlətdikləri güman olunur.

Milli.Az

11 aprel 2017
GO BACK