Qadin.NET / 39 milyardı var, şirkətinin yeməkxanasından duz oğurlayır

39 milyardı var, şirkətinin yeməkxanasından duz oğurlayır

39 milyardı var, şirkətinin yeməkxanasından duz oğurlayır

İKEA şirkətinin sahibi İngvar Kamprad 39 milyard sərvəti olsa da, getdiyi yerlərdən duz qablarını evinə aparır.

Milli.Az publika.az-a istinadın xəbər verir ki, 91 yaşlı milyarder günorta yeməyini adətən, İKEA-nın yeməkxanasında yeyir. Paketdəki duz və istiotu da evinə aparır.

Sərvətinin bir neçə milyon dollarını xərcləyib helikopter ala biləcəyi halda, isveçli milyarder vaxtı olanda ictimai nəqliyyatdan istifadə edir. Xüsusi maşını isə 1993-cü istehsalı olan "Volvo 240"- dır.

Xarici səfərlərində heç vaxt biznes klassda uçmayan milyarder adətən, endirimli paketlərdən yararlanmağa çalışır. Az vergi ödəmək üçün İsveçrədə yaşayan milyarder 4 ildir ki, vətəni İsveçə köçüb.

Milli.Az

9 aprel 2017
GO BACK