Qadin.NET / Misirlilər niyə iylənmiş balıq yeyirlər?

Misirlilər niyə iylənmiş balıq yeyirlər?

Misirlilər niyə iylənmiş balıq yeyirlər?

Misirlilər, fesik adlanan mayalı və kəskin iyli balıq yeməyinə olduqca düşkündürlər. Yaxşı hazırlanmadığı təqdirdə, qida zəhərlənməsi və ölümə yol aça bilən bu ənənəvi yemək, bəs haradan qaynaqlanır?

Hər il Misir Səhiyyə Nazirliyi bir xəbərdarlıq yayır: "Fesikdən uzaq durun!" Bu ənənəvi üsullarla hazırlanan duzlu, pis iyli, mayalı kefal balığından hazırlanan yemək, min illər qədimə dayanır.

Düzgün hazırlanmadığı halda xarab balığın yol açdığı qida zəhərlənməsi və ölüm təhlükəsi ilə bağlı edilən xəbərdarlıqları bəzi restoranlar, reklam məqsədilə istifadə edirlər.

Halbuki, Səhiyyə Nazirliyinin məlumatlarına əsasən 1991-ci ildə fesik yeyən 18 nəfər həyatını itirmişdi. Lakin, "Shahin" kimi nazirlik tərəfindən təsdiq edilmiş və haqqında bu günədək hər hansı bir şikayət edilməmiş bəzi fesik mağazaları də mövcuddur.

1991-ci ildə fesik yeyən 18 nəfər həyatını itirmişdi

Emad İskəndər də fesik yemək istədikdə Shahin mağazalar zəncirinə baş vurur. Bir çox misirli kimi o da, "Sevmirəm, amma yeyirəm" kimi izah edir bu vərdişini. O, misirlilərin bu balıq ilə "şəxsi bir şizofreniya" yaşadığını düşünür.

Bəzi misirlilərin fesik yeməyini aşağı siniflərə aid olduğunu düşünüb yeməməyə çalışdığını, lakin, yenə də uzaq durmadıqlarını söyləyir İskəndər.

Bu xüsusi balıq, kəpəkli undan hazırlanan və qalınlığı yuxadan azca çox olan baladi çörəyi, zeytun yağı, limon və soğan ilə verilir.

Qahirədə Shahin adlı mağazalar zənciri, fesik istehsalında mütəxəssisləşib

Bu pis iyli balıq yeməyinin keçmişi, fironlar dövrünə qədər gedib çatır. Nil çayı hər yaz geri çəkilərkən çürüyən balıqlar ortaya çıxırmış. Misirlilər bu gün də 'küləyi iylə' adı ilə bilinən bahar bayramında ənənələrini qorumaq üçün fesik yeyirlər.

Fəqət qahirəlilərin bir çoxu, digər bayramlar, xüsusi günlər və cümə namazından sonra da fesik və daha az mübahisə yaradan siyənək balığı ilə zəngin yeməklər yeyirlər. Buna görə də mayalanma prosesi heç vaxt bitmir.

Fesik hazırlamaq bir o qədər də çətin deyil. Kefal balığı əvvəlcə gündə qurudulur, sonra da taxta bir çəlləyin içində duzlu suda 45 gün saxlanılır. Duzu düzgün miqdarda istifadə etmək çox vacibdir. Belə ki, çiy balığı 'bişirən' və çürüməsinin qarşısını alan bu duzdur.

Əslində fesik çiy balıqdır, amma, uzun müddət duzlu suda saxlandığına görə xarab olmur

Duzun az olması, balıqların su üzərinə çıxmasına və çürüməsinə səbəb olur. Bu şəraitdə çoxalan botulizm bakteriyası ilə dolu balıqlar yeyildikdə qıda zəhərlənməsi yaşanır.

Ürəkbulanma, qusma kimi əlamətlərlə başlayan zəhərlənmə, iflic və ölümə qədər gedə bilir.

Kopt xristianı olan İskəndər və ailəsi, heyvan məmulatlarının az yeyildiyi Paskalya və oruc tutulan müəyyən günlərdə fesik yeyir.

İskəndərin yoldaşı bu yeməyi duzluluğuna görə sevir.

İskənder günlərlə evdən getməyən pis qoxusuna və bəzən bağırsaqları pozduğuna görə, bir elə də bəyənmədiyini desə də, xüsusi günləri fesiksiz təsəvvür etmir.

Lakin, 2011-ci ildən bəri yaşanan hadisələr və IMF-dən borc almaq üçün aparılan tədbirlərin ölkə iqtisadiyyatına pis təsir göstərdiyi və hər kəsin xərclərini azaltdığı bir dövrdə fesik qiyməti artıb və satışlar azalsa da, Shahin, bu sektorun varlığını qoruya biləcəyinə inanır.

Bəziləri də yemək proqramları və internetdəki reseptlərdən öyrəndikləri qədər özləri fesik hazırlamağa çalışırlar.

Ancaq, bunun böyük səbir tələb etdiyini hamı bilir. Balıqlar bir ay duzlu suda saxlanmalı və həftədə bir dəfə yellənməlidir.

Shahin mağazalarından birində olarkən dükana gələn bir müştəri, Küveytdəki dostlarına baş çəkərkən onlara vətənlərini xatırladan bir dad aparmaq üçün fesik almaq istədiyini deyir. Satıcı, xarab olmasın deyə təyyarədə buza qoyulmasını məsləhət görür. Amma, müştəri, buna məhəl qoymayaraq çiyinlərini çəkir.

Milli.Az

9 aprel 2017
GO BACK