Məşhəd şəhərinin müqəddəs məkanlarının xadimi İbrahim Raizi mayın 19-da İranda keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürüb.
Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə məlumat verən Məşhəd şəhərinin meri Seyid Soltan Mortazi bildirib ki, İ.Raizinin fikri ciddidir və o, qələbə qazanmaq üçün seçkilərə qatılır.
Uzun müddət idi ki, mühafizəkarlar H.Ruhaniyə qarşı namizəd axtarışında idilər. Nəhayət İ.Raizi namizədliyini irəli sürməyə razılıq verdi.
Qeyd edək ki, H.Ruhani ikinci dəfə də prezidentliyə namizədliyini irəli sürüb. Onun özü ruhani olsa da islahatçı siyasət aparır ki, bu da İran siyasi elitasının mühafizəkar qanadının etirazına səbəb olub.
Yerli mətbuat İ.Raizinin hazırkı Prezident H.Ruhani üçün çox ciddi rəqib olacağını yazır.
Milli.Az