Qadin.NET / Müəmmalı sürətli radiosiqnalların Yer mənşəli olmadığı təsdiq edilib

Müəmmalı sürətli radiosiqnalların Yer mənşəli olmadığı təsdiq edilib

 

Müəmmalı sürətli radiosiqnalların Yer mənşəli olmadığı təsdiq edilib

 

Astronomlar müəmmalı sürətli radioşüalanmaların (FRB) Yerdən yayılmadığına dair tutarlı sübut əldə ediblər. Ehtimal ki, onların mənbəyi hətta Süd Yolu qalaktikasının sərhədlərindən kənarda yerləşir. Xüsusilə KİV-lər bu radiosiqnalların yerdənkənar sivilizasiyalar tərəfindən ötürüldüyü qənaətini müdafiə edir.

Milli.Az yasilelm.com-a istinadən bildirir ki, ilk dəfə FRB-yə aid izlər 2007-ci ildə qeydə alınmışdı. Həmin vaxtdan başlayaraq tədqiqatçılar ard-arda FRB siqnalları almağa davam edir. FRB 010724 siqnalı dünya ictimaiyyətinin diqqətini cəlb edir. Məsələ burasındadır ki, bu və qeydə alınmış digər oxşar siqnalların təbiəti sirr olaraq qalır. Müxtəlif versiyalar irəli sürülüb: bəzi alimlər hesab edir ki, FRB-ləri Süd Yolu qalaktikası daxilindəki ulduzlar meydana gətirir, digərləri isə radioşüalanmanın mənşəyinin qalaktikamızdan kənarda olduğunu güman edir. Sonuncu mümkün variant FRB siqnallarının Yer mənşəli olduğu ilə bağlıdır.

Astronom Manişa Kaleb və həmkarlarının MNRAS jurnalına göndərdikləri məqalədə son versiyanın əsassızlığına toxunulur. Qeyd edilir ki, radioteleskop-interferometr Molonqlo-nun köməyilə tapdıqları yeni radiosiqnalların spektrini öyrəniblər. Böyük həcmli "virtual" cihaz Yer və kosmosdaki müxtəlif radioteleskoplara aid siqnalları kombinasiya etmək bacarığındadır. Əgər sürətli radioşüalanmaların mənşəyi Yer olsa idi, interferometr onları qeydə ala bilməzdi. Sözügedən cihaz Yer səthindən ən az min kilometr uzaqlıqda meydana gələn radiosiqnalları müəyyən edə bilir.

2017-ci ilin aprel ayına kimi Kalebin elmi komandası üç FRB aşkar edib. Mütəxəssislərin dedyinə görə, bu siqnalların mənşəyi Hidra, Kil və Göyərtə bürcündədir. Alimlərin gəldiyi daha bir vacib qənaət isə bundan ibarətdir ki, sürətli radioşüalanmaların tezliyi əvvəl güman olunduğundan daha yüksəkdir. Çox əfsus ki, FRB-lərin nədən qaynaqlandığına dair bir yekuna gəlinməyib. Ehtimallar arasında onların pulsarlardan (döyünən radioulduzlar) yayıldığı fikri dəstəklənir, qovuşan qara dəliklər və ya qamma-partlayışlardan atılmış olduqları versiyası isə inandırıcı deyil, alimlər deyil.

Hər nə qədər maraqlı səslənsə də, FRB-lərin yerdənkənar intellektlə əlaqəli olduğu ehtimalı alimləri ən son maraqlandıran versiyadır. Belə bir iddia irəli sürmək üçün əlavə sübutlar tələb edildiyindən, elm ictimaiyyəti radiosiqnalların mənşəyi kimi "yadplanetlilərin" qeyd edilməsini elmi planda doğru hesab etmir.

Milli.Az

6 aprel 2017
GO BACK