Qadin.NET / "Kino evi"nin qəhrəmanı "Qoşa" olacaq

"Kino evi"nin qəhrəmanı "Qoşa" olacaq

 

"Kino evi"nin qəhrəmanı "Qoşa" olacaq

 

Bu həftə "Kino evi"nin qəhrəmanı hər kəsin "Moskva göz yaşlarına inanmır" filmindən Qoşa obrazı ilə sevdiyi aktyor, rejissor Aleksey Batalov olacaq.

Dahi aktyor gənc yazar, kino araşdırıcı Vasif Ayanla müzakirə ediləcək - 8 aprel 11:00-da Lider TV-də.

"Kino evi"nin layihə rəhbəri, idea müəllifi və aparıcısı Zeynəb Abdullah, rejissor və montajçı - İBO, operatorlar - Kamal Məmmədov və Zaur Sultan , fotoqraf - Elşad Musayev.

Milli.Az bildirir ki, veriliş 3 hissədən ibarətdir. Birinci hissədə tanınmış kino ulduzlarının müəmmalı həyatı haqqında məlumat verilir. İkinci hissə "Kino mətbəx" rubrikası adlanır. Həmin ulduzun obrazları xüsusilə də vizit kartı sayılan filmi, bizim hər hansı tanınmış sima ilə (aktyor, kinoşünas, rejissor) müzakirə olunur. Üçüncü hissə "Çək göstər" adlanır. Burada həvəskarlar tərəfindən çəkilən sosial çarxların, qısa metrajlı filmlərin yayımlanmasına şərait yaradılır. Verilişin mahiyyəti əyləncəvi və maarifləndirici xarakter daşıyır. Həftə ərzində kinoteatrlarda yayımlanacaq filmlərin afişası da nəzərdə tutulub.

Qeyd edək ki, "Çək göstər" rubrikası bu həftədən öz fəaliyyətinə başlayır. Rubrikanın aparıcısı isə Lamiyə Əsgərovadır.

Verilişin vaxtı dəyişərək hər şənbə saat saat 11:00-dan 12:00-a dək, təkrarı isə çərşənbə günü 00:15-də Lider TV efirində.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az

5 aprel 2017
GO BACK