Qadin.NET / Günün qoroskopu: yalnız öz marağınızı düşünün

Günün qoroskopu: yalnız öz marağınızı düşünün

Günün qoroskopu: yalnız öz marağınızı düşünün

Qoç - maraqlı hadisələrin axarına düşərək yeni imkanlardan ruhlana bilərsiniz. Maraqlarınız və gözləntiləriniz hazırda sizdən uzaq olan nəsnə ilə bağlıdır. Həmin nəsnə hələlik əlçatmaz, amma istəniləndir.

Buğa - sözün əsl mənasında sayıq və hazırlıqlı olun. Hansısa işi və ya münasibəti ağırlaşdırmayın, vəziyyətə düzgün reaksiya verərək problemləri hərəkətdə həll edin. Baş verənləri izləyin, nəticə çıxarın.

Əkizlər - imkan olarsa, bu gün taym-aut götürün və həddən ziyadə məsuliyyət, konkret ağır zəhmət tələb etməyən işlərlə məşğul olun. İşlərin gedişatında mühüm dönüş və ya münasibətlərdə yeniliyə səbəb ola biləcək spontan vəziyyət yarana bilər.

Xərçəng - təmkinli olun, səbr nümayiş etdirin və işləriniz də uğurla davam edəcək. Daxili gərginlik səhhətə pis təsir edə bilər. Emosiyalarınız çıxış tapmasa, xroniki proseslərin ağırlaşması və travma almaq riskinin artması mümkündür.

Şir - bütün işlər ciddi yanaşma və məsuliyyət tələb edir. Şəxsi münasibətlərdə təşəbbüs pərişanlıqla başa çata bilər. Ünsiyyətləri işgüzar danışıqlarla məhdudlaşdırın.

Qız - rəhbərliyin yanına getmək, karyera perspektivlərini müzakirə etmək üçün əlverişli gündür. Çoxmərhələli inkişaf vəd edən yeni işə başlamaq olar. Səhhətinizə diqqət yetirin.

Tərəzi - səhər saatlarından etibarən işlərə ciddi münasibət bəsləyin, planlaşdırılmış tədbirlərə qatılın, işləri başa vurun və heç nəyi təxirə salmayın.

Əqrəb - işdə diqqətli olun, ünsiyyəti minimuma salın. Bununla belə, mümkün problemlər, nasazlıqlara dərhal reaksiya verin. Yardım istəyənə kömək edin. Aldanmayın, yalnız öz marağınızı düşünün.

Oxatan - şəraitin tələb etdiyi işi tam başa vurun, amma öz təşəbbüsünüzlə ciddi işə başlamayın. Gün ifrat dərəcədə dəqiqlik, diqqət, ayıqlıq və təmkin tələb edir.

Oğlaq - hisslərin münaqişəsi, insana və ya mövzuya marağın itməsi, özünütənqid böhranı mümkündür. Qəfil "ayılma", perspektivlərin yenidən dəyərləndirilməsi, rutin və bezdirici təsəvvürlərdən qurtulma istəyi yarana bilər.

Dolça - bədxahların və rəqiblərin sizi üstələməsinə imkan verməyin. Bunun üçün nə isə bir iş görmək, nədənsə imtina etmək gərəkdir. İrəliləmyə doğru hərəkət hələlik problemlərin dəf olunması ilə bağlıdır.

Balıqlar - daxili protestə konstruktiv çıxış yolu verin. Hadisələrin arzulanan məcrasına nail olmağa çalışın. Təşəbbüskar olun. İşdə toplantı olarsa, problemlərinizdən açıq danışın.

Milli.Az

 

4 aprel 2017
GO BACK