Qadin.NET / İtaliyan modelyer qızıldan ayaqqabı tikir

İtaliyan modelyer qızıldan ayaqqabı tikir

İtaliyan modelyer qızıldan ayaqqabı tikir

İtaliyalı modelyer Antonio Vetri öz alıcılarına 24 karatlıq qızıldan ayaqqabı təklif edir.

Milli.Az musavat.com-a istinadən bildirir ki, yeni ayaqqabı Fars körfəzi ölkələrindən olan müştərilər üçün nəzərdə tutulub. Kişi və qadın ayaqqabıları qara və göy rəngli dəridən hazırlanır və qızıl lövhələrlə bəzədilir.

Məlumata görə, hər bir cüt üçün təqribən 230 qram qızıl sərf edilir. Kişi ayaqqabısının qiyməti 25 min avro, qadın ayaqqabılarının qiyməti isə 30 min avroya çatır. Ayaqqabılar sifarişlə tikilir və helekopterlə çatdırılır.

Milli.Az

3 aprel 2017
GO BACK