Qadin.NET / Süni intellekt Word-da mətnləri düzəldəcək

Süni intellekt Word-da mətnləri düzəldəcək

Süni intellekt Word-da mətnləri düzəldəcək

Populyar "Microsoft Word" mətn redaktoru daha "ağıllı" olacaq. "Office 365" paketinə əlavə ediləcək süni intellekt yalnız orfoqrafiya və punktuasiyanı deyil, həm də mətn üslubunu düzəldəcək, istifadəçilərin diqqətini jarqon, ədəbsiz leksika, slenq və anlaşılmaz ifadələrə cəlb edəcək. Bir sözlə, "Microsoft"un süni intellekti üslub redaktorlarını və korrektorları tam əvəz edəcək.

Milli.Az ICTnews-a istinadən bildirir ki, süni intellekt 16.0.7409.1000 versiyasından etibarən əlçatan olacaq. Standart "Pravopisanie" panelini əvəz edəcək "Korrektor" paneli mətndəki qeyri-dəqiqlikləri düzəldəcək.

Milli.Az

2 aprel 2017
GO BACK