Qadin.NET / Bədii gimnastika üzrə "Zabrat Kuboku" açıq birinciliyi

Bədii gimnastika üzrə "Zabrat Kuboku" açıq birinciliyi

Bədii gimnastika üzrə "Zabrat Kuboku" açıq birinciliyi

Bu gün Balaxanı İdman Mərkəzində bədii gimnastika üzrə "Zabrat Kuboku" açıq birinciliyi keçirilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, birinciliyə Azərbaycan dövlət himninin səsləndirilməsi ilə start verilib.

Yarışlarda "Zabrat" İK və Sumqayıt İK, Respublika Kompleks İdman Məktəbi, "Şağan" OİK, "Zirə" İK, "Gömrükçü" İK, "Kürdəmir" İK və Su İdman Sarayından olan 70-ə qədər 2001-2011-ci il təvəllüdlü gimnastlar iştirak ediblər.

Gimnastlar A, B, C qrupları üzrə alətsiz, top, ip, halqa və gürzələrlə, o cümlədən qrup şəklində çıxış ediblər. Yarışda qalib gəlmiş gimnastlara mükafatlar təqdim edilib.

Milli.Az 

2 aprel 2017
GO BACK