Aşağıdakı maskadan istifadə etsəniz sizin üzünüzün dərisi botoks etmiş kimi gözəl görünəcək. Maskanı etmək üçün isə sizə adi nişasta lazımdır. Maska dəridəki yorğunluğu aradan qaldırır, qırışları açır və dəriyə qulluq edir.
Maskanın hazırlanma qaydası
Milli.Az immunitet.az-a istinadən bildirir ki, 1 xörək qaşığı kartof nişastaı yarım stəkan suda həll edilir və qazana tökülür. Həll edilmiş nişastanın üzərinə 500 ml qaynar su əlavə edilib qatılaşana qədər qarışdırılır və soyumağa qoyulur.
Soyumuş məhlulun üzərinə 5 xörək qaşığı yeni çəkilmiş yerkökü şirəsi və 1 xörək qaşığı smetan qatılır.
Qarışım üzün dərisinə sürtülür və 20-25 dəqiqə saxlanılır.
Sonra üzün dərisi isti su ilə yuyulur və dəriyə yüngül krem sürtülür.
Maskanın dəriyə daha effektli təsir etməsini istəyirsinizsə o zaman bu maskanı 3 gün ardıcıl olaraq təkrarlamaq lazımdır.
Milli.Az