Qadin.NET / Lüks həyatından imtina edib vaqonda yaşayan milyonçu sərvətini bağışladı

Lüks həyatından imtina edib vaqonda yaşayan milyonçu sərvətini bağışladı

Lüks həyatından imtina edib vaqonda yaşayan milyonçu sərvətini bağışladı

Lüks həyat keçirən zəngin iş adamı Mazzi Dumato qəza keçirdikdən sonra həbsə girdiyində həyatı dəyişib. Arvadı xərçəng olduqdan sonra bütün sərvətini xərçənglə mübarizəyə xərcləyib.

Milli.Az haberler-ə istinadən xəbər verir ki, əslən suriyalı olan, Dubay və Braziliyada yaşayıb böyüyən 38 yaşlı iş adamı Mazzi Dumato son model avtomobili ilə keçirdiyi yol qəzasından sonra məhkum həyatı yaşayıb. O gündən sonra həyatı dəyişən Mazzi həbsdən çıxdıqdan sonra tamamilə fərqli həyat tərzi seçib.

Dəbdəbəli həyat tərzindən imtina edən iş adamı pulunu səyahətə xərcləməyə başlayıb. Həyat yoldaşı Milena ilə tanış olduqdan sonra isə 3 milyon sterlinqlik bütün sərvətini bağışlayıb.

Var-dövlətini Dubayda əmlakçılıq və internet marketinqi sayəsində qazanan Mazzi Dumato hal-hazırda həyat yoldaşı ilə birlikdə Cənubi Amerikada bir vaqonda yaşayır. Sinə xərçəngi olan həyat yoldaşının müalicə xərcləri üçün təxminən 700 min dollar xərcləyən Dumato artıq pulunu yaşamağa yatırmaq haqda düşünür. Başına gələnlərdən təsirlənən iş adamı son olaraq Braziliyada xərçəngə qarşı mübarizə mərkəzi açaraq sərvətini xərçəng xəstəsi olan kəslərə bağışlayıb.

Həyatında heç bir şeyin əskik olmadığı vaxtlarda qazandığı pulla "Ferrari" aldığını söyləyən iş adamı həbsdə qaldığı müddətin onu böyük nisbətdə dəyişdirdiyini qeyd edir. Yoldaşının xərçəng olmasının isə onu dərindən sarsıtdığını ifadə edən Mazzi Dumato artıq pulunu çətin vəziyyətdə olan insanlara bağışlayır.

Təhməz Təkin
Milli.Az

1 aprel 2017
GO BACK