Qadin.NET / 90 kq arıqlayan qadın: "Çox pis vəziyyətdəyəm"

90 kq arıqlayan qadın: "Çox pis vəziyyətdəyəm"

90 kq arıqlayan qadın: "Çox pis vəziyyətdəyəm"

"Həyatım çox çətinləşib. Sanki başqasının vücudunda yaşayıram. Dərim qat-qat olub, sallanır. Güzgüyə baxa bilmirəm. Həkimlərə yalvarmışam ki, məni artıq dəridən xilas etsinlər".

ABŞ-ın Şimali Karolina ştatındakı Havelok şəhərində yaşayan 27 yaşlı Culinin dediyinə görə, həyatı boyu arıqlamağa çalışıb. Mədəsində xora aşkarlanandan sonra cərrahiyyə əməliyyatına məruz qalan qadın sonradan pəhriz saxlamaq məcburiyyətində qalıb və sonucda 90,2 kq arıqlayıb.

O, başına gələnləri TLC telekanalındakı "Skin Tight" proqramında danışıb.

"İki hamiləliyim yarımçıq bitdi, sonra övladım doğuldu. Bundan sonra kökəlməyə başladım. Ərim Rəşid məni dəstəkləyirdi, amma sürəkli depressiyada idim. Əməliyyatdan sonra arıqladım. Dərim indi sallanmış vəziyyətdədir və çox eybəcərəm", - Culi deyib.

Milli.Az

31 mart 2017
GO BACK