Qadin.NET / DİQQƏT: "Galaxy S8" gəlir

DİQQƏT: "Galaxy S8" gəlir

 

DİQQƏT: "Galaxy S8" gəlir

 

"Samsung" şirkəti Nyu-Yorkda Galaxy S8 Рё S8 Plus smartfonlarını təqdim edib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, böyük modelin ekranının diaqonalı 6,2, kiçik modelinki isə 5,8 dyümdür.

Telefonun korpusu metal çərçivəli şüşədəndir. Əvvəlkilər kimi yeni S8 də IP68 standartı ilə su və tozdan qorunur. Bu isə o deməkdir ki, telefon yarım saat ərzində yarım metr dərinlikdə heç bir problemsiz qala bilər. Əsas kamera 12, ön kamera isə 8 meqapikseldir.

Milli.Az

30 mart 2017
GO BACK