Qadin.NET / Azərbaycanlı gənclərdən mart soyqırımı ilə bağlı aksiya

Azərbaycanlı gənclərdən mart soyqırımı ilə bağlı aksiya

Azərbaycanlı gənclərdən mart soyqırımı ilə bağlı aksiya

"İrəli" İctimai Birliyi Mart Soyqırımı ilə bağlı aksiyaya başlayıb. 

Milli.Az xəbər verir ki, informasiya müharibələrinin sürətlə artdığı bir dövrdə, "İrəli" İctimai Birliyi sosial şəbəkələrdə erməni təcavüzkarlarının törətdiyi soyqırımla bağlı aksiyalara start verib. Aksiyaların keçirilməsində məqsəd bütöv Azərbaycanı parçalamaq arzusunda olan erməni təcavüzkarlarının xalqımızın başına gətirdiyi müsibəti dünya ictimaiyyətinə daha təsir edici formada çatdırmaq, soyqırım haqqında məlumatsız olan insanları insanlığa qarşı törədilmiş cinayət haqqında məlumatlandırmaqdır. Təşkilatdan verilən məlumata görə, təsir qüvvəsi çox olan Twitter sosial şəbəkəsində aksiyaya 500-dən artıq gəncin qoşulacağı gözlənilir. Aksiyanın 01 aprel tarixinə kimi davam etməsi nəzərdə tutulur.

Aksiyaya qoşulmaq istəyən şəxslər, Twitter sosial şəbəkəsi üzərindən #31March1918 #31MarchGenocide #Azerbaijan #ireli2017 haştaqları ilə müxtəlif məlumatlandırıcı paylaşımlar etməklə Azərbaycan həqiqətlərinin daha böyük auditoriyalara çatdırılmasına nail ola bilərlər.

Qeyd edək ki, "İrəli" İctimai Birliyi ötən ay Heydər Əliyev Fondunun Xocalıya Ədalət Beynəlxalq Kampaniyası çərçivəsində Xocalı Soyqırımının tanınması ilə bağlı sosial şəbəkə aksiyası da həyata keçirib. Twitter, Facebook, İnstagram sosial şəbəkələrində 300-dən artıq gənc #justiceforkhojaly haştaqı altında paylaşımlar edərək aksiyada yaxından iştirak və müxtəlif erməni qruplarına qarşı tutarlı arqumentlərlə çıxış edib.

Xatırladaq ki, Azərbaycanın ümumilli lideri Heydər Əliyevin 26 mart 1998-ci il tarixli sərəncamı ilə 31 mart Azərbaycan Respublikasında soyqırımı günü kimi qeyd edilir. Bu soyqırım Azərbaycan xalqı və dövlətçiliyinin tarixində baş vermiş milli yaddaşın təzahürüdür. Azərbaycanlıların kütləvi surətdə qırğını, repressiyalara məruz qalması, doğma yurdlarından sürgün edilməsi və didərgin salınması XX əsr tarixinin ən faciəli və dəhşətli səhifələrindən biridir.

Zərif Nisə

Milli.Az

29 mart 2017
GO BACK