"Samsung" şirkəti istənilən interyerə uyğun gələcək "The Frame" televizoru haqqında yeni məlumatlar açıqlayıb. Divara asılan televizor "Qalereya" rejimi (Art Mode) işə salınmış rejimdə olanda qara ekran deyil, yüksək keyfiyyətli rəqəmli təsvirlər göstərir ki, bu da onu əsl çərçivəli şəkildən az fərqləndirir.
Milli.Az ICTnews-a istinadən bildirir ki, "The Frame" isveçrəli dizayner İv Beharın iştirakı ilə hazırlanıb. "Samsung" yeni qurğunu istənilən interyer və ya incəsənət sahəsinin görünüşünü dəyişəcək analoqu olmayan incəsənət əşyası kimi qələmə verir.
İstifadəçilər peyzaj, arxitektura, vəhşi təbiət və rəsmlər daxil olmaqla müxtəlif janrlı 100-dən çox şəkildən istifadə edə bilərlər. Bundan başqa, "The Frame" şəffaf optik kabel və divara sıx bərkitmə sistemi ilə təchiz edilib.
Hazırda yazda satışa çıxarılması planlaşdırılan yeni televizorun texniki xüsusiyyətləri və qiyməti barədə məlumat verilmir.
Milli.Az