Bizə elə gəlir ki, doğma dünyamızı - Yer kürəsini yaxşı tanıyırıq. Hər nöqtəsini görməsək də, ən azından fotoşəkillər və videogörüntülərlə planetimiz haqqında məlumatlıyıq. Amma heç də düşündüyümüz kimi deyilmiş. Planetimizin elə guşələri var ki, ora ya insan ayağı dəyməyib, ya da həmin insan qurd ürəyi yeyib.
Milli.Az publika.az-a istinadən dünyanın əlçatmaz, ayaqdəyməz nöqtələrindən birini diqqədinizə çatdırır.
Hind okeanında yerləşən Kerqelen arxipelaqına ən yaxın insan məskəni 3300 km aralıda yerləşən Madaqaskar adasıdır. Adama elə gələ bilər ki, müasir dünyada təyyarə və helikopterlə hər yerə getmək mümkündür. Amma arxipelaqın səthi dik qayalardan ibarət olduğundan ora hava nəqliyyatı da gedə bilmir. Adaya yalnız gəmi ilə getmək mümkündür. Hazırda orada 100-ə yaxın mütəxəssis çalışır və dözülməz şərtlərdə yaşadıqlarını etiraf edirlər. Güclü küləklər səbəbindən adada ağac bitmir. Sadəcə sıx kollar mövcuddur. Yaxşı yabanı kələm yetişir. Buna görə də adada dovşan, dələ və pişik növləri çoxdur.
Bəs ora necə gedib çatmalı? Ən yaxşı yol Fransadan keçir. Parisdən Reyunyon adalarına 12 saatlıq təyyarə yolu var. Oradan üç aydan bir Kerqelenə gəmi yola düşür və altı günə mənzil başına çatmaq mümkündür. Yəni, yeni ərazi görmək istəyən səyyah arxipelaqa çətin də olsa gedə bilər. Amma hələ ki geoloqlardan başqa Kerqeleni görmək heç kimin könlündən keçmir.
Milli.Az