Qadin.NET / "Qarabağ Atı" Belçikada

"Qarabağ Atı" Belçikada

 

 

"Qarabağ Atı" Belçikada

2017-ci il martın 25-də Belçikanın Ham şəhərində Qarabağ Atı abidəsinin açılışı keçirilib.

Milli.Az bildirir ki, səfirlikdən Trend-ə verilən məlumata görə, Azərbaycan Respublikası Atçılıq Federasiyasının dəstəyi ilə ərsəyə gətirilmiş abidə Azərbaycan-Belçika Dostluq Cəmiyyəti tərəfindən Ham bələdiyyəsinə həddiyyə edilmiş və şəhərin mərkəzi meydanında ucaldılıb.

Açılış tədbirində çıxış edən Ham şəhərinin meri Dirk De Vis ötən əsrin əvvəllərində müsəlman Şərqində ilk demokratik respublika qurmuş Azərbaycanın bu gün Belçika ilə sıx əməkdaşlıq əlaqələrinə malik olduğunu qeyd edib, öz müstəsna keyfiyyətlərinə görə bütün dünyada məşhur olan Qarabağ Atı ilə bağlı bu abidənin Ham şəhərində qoyulmasının iki xalq arasındakı dostluğun rəmzi olduğunu bildirib.

Belçika-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Ayxan Dəmirçi öz çıxışında Ham şəhəri bələdiyyəsinin beynəlxalq əməkdaşlığa açıqlığını yüksək qiymətləndirib, Belçikanın Azərbaycanlı icmasının hər zaman iki ölkəni və xalqı daha da yaxınlaşdırmaq üçün səylər göstərdiyini xatırladıb, sözügedən abidənin ucaldılmasının bu yönümdə xüsusilə əlamətdar hadisə olduğunu diqqətə çatdırıb.

Azərbaycan Respublikasının Belçika Krallığındakı Səfiri Fuad İsgəndərov isə öz çıxışında, Azərbaycanın Ham şəhəri ilə qurduğu uğurlu əməkdaşlığın mədəniyyət və dinlərarası dialoqun ən gözəl nümunəsi olduğunu qeyd edib, bunun, təlatümlərlə zəngin bu günki dünyada izlənilməsi vacib olan müsbət təcrübə kimi çıxış edə biləcəyini söyləyib.

Açılış tədbiri çərçivəsində habelə Azərbaycanla bağlı film nümayiş etdirilib, eləcə də Ham şəhəri sakinləri üçün Novruz şənliyi təşkil edilib.

Tədbir Belçika KİV-ləri tərəfindən işıqlandırılıb.

Milli.Az

27 mart 2017
GO BACK