Qadin.NET / 30 ilə yaxındır qədim pulları toplamaqla məşğuldur

30 ilə yaxındır qədim pulları toplamaqla məşğuldur

30 ilə yaxındır qədim pulları toplamaqla məşğuldur

Goranboy sakini maraqlı məşğuliyyəti ilə diqqət çəkir. Vidadi İbrahimov 30 ilə yaxındır müxtəlif dövrlərdə kəsilən qəpik və kağız pullar toplamaqla məşğuldur.

Onun kolleksiyasında 18-19-cu əsrlərə aid gümüş, mis sikkələr və müasir dövrün əskinasları yer alır. O, qəpiklərin bəzisini yaşadığı həyətdə yerləşən köhnə tikilidən tapsa da, kağız pullar ona anasından qalıb.

Vidadi İbrahimov müxtəlif dövrlələrə məxsus kağız pulların yüz ilə yaxın yaşı olmasına baxmayaraq, hələ də keyfiyyətini itirmədiyini deyir. Köhnə tikilidən aşkarlanan qədim sikkələr isə dizaynı ilə fərqlənir.

Vidadi İbrahimov hələ də axtarışlarını davam etdirdiyini, kolleksiyasını zəngiləşdirəcəyini deyir.

Milli.Az xezerxeber.az-a istinadən mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Milli.Az

27 mart 2017
GO BACK