Azərbaycanın bütün bölgələri Novruz bayramını özünəməxsus formada qeyd edir.
Milli.Az sputnik-ə istinadla bildirir ki, Qazax rayonunun Yuxarı Salahlı kəndində qeyd edilən bayram şənliyi digərlərindən fərqlənir. Artıq neçə illərdir ki, bu kəndin bayram şənliyi "Salahlı karnavalı" adını alıb.
Hər bir evin qarşısında bayram tonqalı yandırılır, evlərdə bayram süfrələri açılır. Gənclər özlərini qrimləyib, tanınmaz hala salaraq evləri gəzir. Oynayır, əylənir, əyləndrir. Bundan başqa fərdi formada da evləri gəzən, nəmər yığan, həm əylənən, həm əyləndirən kənd sakinləri var. Ümumilikdə isə karnaval iştirakçılarının bir prinsipi var - tanınmamaq.
Milli.Az