İnsanın özü ilə qürrələnməsi və lovğalanması müsbət keyfiyyətlər sayılmır. Lakin qürrələnməklə insanın özü ilə qürur duyması tamamilə fərqli anlayışlardır. Bu hissləri bir-biri ilə qarışdırmaq olmaz. Və həqiqətən də bəzən hər birimiz hər hansı xüsuiyyətimiz və ya əməlimizlə qürur duymağa, özümüzlə fəxr etməyə ehtiyac duyuruq.
Bunu da unutmamaq lazım deyil ki, hər kəsin xarakterində hörmətə layiq cəhətlər var. Milli.Az publika.az-a istinadən astroloqların zodiak işarələrinə görə, tərtib etdiyi müsbət keyfiyyətlər siyahsını təqdim edir.
Qoç
Qoç bürcləri onunla fəxr edə bilər ki, onlar hər hansı bir işə başlayanda sona çatdırmayana qədər ondan əllərini üzmür.
Buğa
Buğalar etibarlı və ardıcıl olmaq məharəti ilə açıq-aşkar fəxr edə bilər.
Əkizlər
Əkizlər insanlarla maraqlı dialoqlar aparmaq cəsarətiylə fəxr edə bilər. Başqaları nə edəcəyini bilməyəndə onlar sadəcə, vəziyyəti xilas edə bilər.
Xərçəng
Xərçəng bürclərinin qürur səbəbi - sevmək bacarığıdır. Onlar həqiqətən də ideal ailə yuvası qurmağı yaxşı bacarırlar.
Şir
Şirlər insanlara xoş ovqat bəxş etmək məharəti ilə fəxr etməlidir. Bu, çox mühüm qabiliyyətidir, inanın!
Qız
Qız hər şeyi öz mənafeyi naminə etmək bacarığı ilə fəxr edə bilər. Həyatını əvvəlcədən planşlaşdırmağı sevdiyindən bu zodiak işarələri üçün asan olmur, amma bu, bəzən yaxşı səmərə verir!
Tərəzi
Qürur üçün əsas - ətrafdakıları heyran etmək bacarığıdır. Bu, bəzən Tərəzilər üçün çox faydalı ola bilər!
Əqrəb
Əqrəblər insanların "içini" görmək məharəti ilə fəxr etməlidir. Bu, həqiqətən faydalı vərdişdir!
Oxatan
Oxatan bürcləri biliyə aclığı və öyrənmək həvəsi ilə cəsarətlə fəxr edə bilər.
Oğlaq
Oğlaqlar öz məqsədlərinə nail olmaq bacarığı ilə sözün əl mənasında qürur duya bilər.
Dolça
Öz dahiliyi və yaradıcılığı ilə fəxr etməyə dəyər.
Balıq
Romantik Balıqlar mənəvi dünya ilə əlaqə qurması ilə fəxr etməyə layiqdir.
Gördüyünüz kimi, hər bürcün fəxr etməyə haqqı var. Onu da unutmaq olmaz ki, yaxşı xüsusiyyətləri və bacarıqlarına görə, hərdən insanın özünü tərifləməsi lazımdır. Odur ki, özünüzü qiymətləndirin!
Milli.Az