Qadin.NET / İnsanın öz ölümünü proqnozlaşdırmağın yolu tapıldı

İnsanın öz ölümünü proqnozlaşdırmağın yolu tapıldı

İnsanın öz ölümünü proqnozlaşdırmağın yolu tapıldı

Stokholm (İsveç) Universitetinin alimləri insanın öz ölümünü proqnozlaşdırmağın yolunu tapıblar. 

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, tədqiqatın müəlliflərinin fikrincə, insanın həyatdan getməsinin "qasidi" iy bilmə qabiliyyətinin itməsidir.

Mütəxəssislər 10 il ərzində 40-90 yaş arasında olan 1774 isveçli üzərində müşahidə aparıblar. Tədqiqatın əvvəlində vətəndaşlara 13 müxtəlif qoxunu müəyyən etmək üçün testdən keçməyi təklif ediblər.

Tədqiqatçılar belə qənaətə gəliblər ki, insanın ölüm ehtimalı onun qoxunu düzgün müəyyən etməsindən asılıdır. Orta hesabla bir səhv cavab ölüm riskinin (tədqiqat müddətində) səkkiz faiz artması demək idi. 

Alimlərin fikrincə, qoxuları düzgün müəyyən etmək qabiliyyəti beynin sağlam fəaliyyətinin göstəricilərindən biridir. Ekspertlər hesab edirlər ki, bu qabiliyyətin pozulması birbaşa ölüm riskini artırır. 

Milli.Az

23 mart 2017
GO BACK