Qadin.NET / "Qeybət etməkdən necə xilas ola bilərəm?"

"Qeybət etməkdən necə xilas ola bilərəm?"

"Qeybət etməkdən necə xilas ola bilərəm?"

Qeybət etmək böyük günahlardandır, bu günaha görə tövbə etmək, qeybətini etdiyiniz insan üçün Allaha dua etmək, həmçinin əvvəl pis danışdığınız kimi, onun yaxşı cəhətləri haqqında insanların yanında danışmaq lazımdır. Əgər həmin adam qeybət etdiyinizdən xəbər tutubsa, ondan halallıq almaq lazımdır.

Milli.Az zikr.az-a istinadən bildirir ki, həmin insanın haqqına girdiyiniz üçün qiyamət günü sizin savablarınızdan götürülərək ona veriləcək. Qeybət etməyi tərgitmək üçün əvvəlcə bu haqda elminizi artırmaq, bunun cəzası və tərgitmək üsulları haqqında çoxlu dərslərə qulaq asmalısınız. Allaha çoxlu dua edərək bu günahı tərk etməyi asanlaşdırmasını istəməlisiniz. Qeybət etməyin səbəblərindən biri də insanın öz qüsurlarını unudaraq başqalarının eyiblərini araşdırmasıdır. Salehlərdən biri demişdir ki, həqiqətən, insan öz qüsurları ilə məşğul olmağa başlasa, başqalarını araşdırmağa vaxtı qalmazdı. Həmçinin başqaları qeybət edərkən həmin söhbətə son qoymaq, əks təqdirdə isə həmin yeri tərk etmək lazımdır, çünki qeybətə qulaq asan həmin günaha şərik olmuş sayılır.
Milli.Az

22 mart 2017
GO BACK