Adətən bayramlarda, xüsusilə də Novruzda nişanlı qızlara bayramlıq adı ilə xonçalar, hədiyyələr gedir. Qədimdən gələn bu adət hələ də davam edir amma təbii ki, müəyyən dəyişikliklər olub. Maraqlıdır, bayramlıq aparmaq neçəyə başa gəlir.
Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, Novruzda adətən qız evinə xonçalar hazırlanır, bayram payı aparılır. Bayram payı olaraq qızıl aparanlar da olur. Xonçaların tərkibi təbii ki, ailənin istəyindən və büdcəsindən asılı olur. Bayram xonçalarını evdə hazırlayanlarla yanaşı, hazır sifariş verənlər də az deyil.
Eyni səbətin içindəki ərzaqları müştəri özü gətirsə bəzədilməsi, dizaynı 50 manata başa gəlir. Bayram sovqatında digər şirniyyatlarla bəzədilmiş xonça və ya tort aparanlar da olur.
Aparılan payların tərkibi də müəyyən qədər dəyişib. Bəziləri fikirləşirlər ki, bayramlıq aparmağın əvvəlki vaxtlardakı kimi marağı qalmayıb.
Bir sözlə, bayramlıqda ən az 5 xonça olduğu nəzərə alınsa ailə minimum 200-250 manat xərc çəkməli olur. Gələcək gəlininə qızıl almaq istəyən ailələr isə daha çox pulundan keçirlər. Xonçaları hazır sifariş edənlərə isə bayramlıq aparmaq 500-600 manata başa gəlir.
Milli.Az