Yaradıcılığının 30 illik yubileyinə xüsusi olaraq hazırlaşan xalq artisti Aygün Kazımova konsert üçün yoqa dərslərinə başlayıb.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, müğənni social şəbəkədə foto paylaşaraq hər gün 6 saat yoqa ilə məşğul olduğunu deyib.
"Hazırlıqlar davam edir. Yoqa dərslərinə başlamışıq. Hər gün saat 10:00-dan 16:00-a kimi ancaq özümü daxilən və xaricən hazırlayıram. Sağlamlığım və gözəlliyim çox vacibdir.
Yəqin ki, yavaş-yavaş son şəkillərimdən dəyişiklik hiss edirsiniz. Bu hələ başlanğıcdır".
Milli.Az