Qadin.NET / Günün qoroskopu: illüziyalara qapılmayın, realist olun

Günün qoroskopu: illüziyalara qapılmayın, realist olun

Günün qoroskopu: illüziyalara qapılmayın, realist olun

Qoç -  işdən yayınmayın, tələsmədən çalışın. İş yerində təxirəsalınmaz həll edilməsi gərəkən problem yaranarsa, onu çözməyə can atın. Soyuqqanlı davranın.

Buğa - ailə üzvləri və yaxınlarınızın istəklərinə qayğı, diqqət ilə yanaşın, onların tələblərini nəzərə alın. Sizə əziz insanların bu gün özlərini rahat hiss etmələrinə şərait yaradın. Onlar sabahkı günə əmin olmalıdırlar: bu işdə yardımçı olun.

Əkizlər - ailə üzvləri və yaxınlarınızla münasibətlərinizi tənzimləyin. Sirlərinizi onlarla bölüşmək istəmirsinizsə, konkret suallardan yayına bilərsiniz. Amma unutmayın ki, anlaşılmazlıq, iddialar, umu-küsü ilə qarşılaşa bilərsiniz.

Xərçəng - səfərə yollanmayın. Həllini tələb edən işlərin sayı artır. Tərəddüdlərə son qoyaraq aktiv fəaliyyətə başlayın. Axşam saatları televizor və ya kompüter qarşısında keçirilmiş saatlar olmasın.

Şir - gün darıxdırıcı, usandırıcı olacaq, ümidlər və gözləntiləri doğrultmayacaq. Əlahiddə, qeyri-adi nəyə isə ümid etməyin. İşlə bağlı yeni təklif ala bilərsiniz. Maliyyə imkanlarınızı yanlış dəyərləndirməyin. İllüziyalara qapılmayın.

Qız - günortayadək qıcıqlı, dəlisov olmayın. Günün ikinci yarısında əhvalınızı normallaşdırın. Şənlənin və ətrafınızdakı insanların də üzlərinin gülməsinə rəvac verin. Axşam saatlarını ailə ilə birlikdə keçirin.

Tərəzi - bu gün eşidəcəyiniz məsləhətlərə o qədər də inanmayın. Heç istisna deyil ki, bu məsləhətlərin "müəllif"ləri sizin rifahınızı istəmirlər. Günün emosional fonu stabil deyil.

Əqrəb - bu gün düşünülməmiş və yanlış addımlar ata bilərsiniz. Bu və digər qərarınızın səbəbini belə, bilmirsiniz. Nə isə etmək istəyirsiniz. Amma nə?!

Oxatan - yaxınlarınızla fikir ayrılıqlarınız yarana bilər. Belə hallar olsa da, ciddi fikir verməyin, mübahisəni zarafata döndərməyə cəhd göstərin. Sizə tərif yağdıran insana bu gün inanmayın. Axşam saatlarına yaxın səmimi tərif eşidəcəksiniz. Bu vaxtı dostlarla keçirin.

Oğlaq - ətrafınızda baş verənlərə, yaşananlara dəqiq reaksiya verin, yanlış addımlar atmayın, səhv fikirlərinizi reallaşdırmağa çalışmayın. İşdə fəxr ediləsi uğurlarınız olacaq.

Dolça - səbrli, təmkinli olun, səbr kasanız daşmasın. Gün ümid və planlar baxımından boldur. Lakin onların bəzilərinin reallaşmasına zaman gərəkdir.

Balıqlar - bu gün sizi yetərincə maraqlı hadisələr gözləyir. Macəra aramalı olmayacaqsınız: macəra özü sizi tapacaq. Sizə qarşı məkrli plan quranların niyyətlərini puç edin.

Milli.Az

20 mart 2017
GO BACK