Əməkdar artist Sevda Ələkbərzadə şou-biznesdəki durğunluqdan şikayətlənib.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, müğənni "Xəzər maqazin"ə açıqlamasında bəstəkarları günahlandırıb.
İfaçı bildirib ki, bəstəkarlar keyfiyyətli mahnı yazmırlar:
"Düşünürəm ki, bu mahnı ilə bağlıdır. Gözəl, dəyərli mahnılar bəstələmək lazımdır. Çox insan musiqini yazanda düşünür ki, tutarlı olsun. Bu yanlışdır. Kütləni musiqiçi öz arxasınca aparmağı bacarmalıdır. Musiqi zövqünü formalaşdırmaq lazımdır".
Son günlər xeyli artıq çəki atması ilə gündəmə gələn S.Ələkbərzadə heç bir plastik əməliyyata əl atmadığını deyib:
"Bizimkilər arıqlamaq istəyəndə mədə kəsdirməyə, bıçaq altına yatmağa əl atırlar. Artıq çəkidən xilas olmaq üçün ancaq ağzını bağlamalısan, az yeməlisən. Sadəcə pəhrizlə arıqladım".
Milli.Az