İngiltərədə Tara Vaterfild adlı 17 yaşlı qıza qarşı mobil telefon mağazasında işləyən bir şəxs ədəbsizlik edib.
Milli.Az Milliyet-ə istinadən xəbər verir ki, həmin şəxs Taranın şəxsi məlumatlarını internetdən taparaq mobil telefonuna olduqca nalayiq mesajlar yazmağa başlayıb.
TƏFƏRRÜAT
Tara bir AVM-də anasıyla birlikdə mobil telefonu üçün bir mağazaya girib. Mağaza işçisi qızın dükanda olduğu 20 dəqiqə ərzində bir an belə gözünü Taradan çəkməyib.
Mağazadan getdikdən bir müddət sonra Taranın telefonuna tanımadığı bir nömrədən mesaj gəlib.
Mesajda: "Sadəcə sənə qəti olaraq "......" üçün möhtəşəm olduğunu söyləmək məcburiyyətindəyəm. Ayaqlarını günlərlə yeyə bilərəm. Dükanda səndən gözünü çəkə bilməyən adam ... Sən nə vaxt istəsən bir şey içmək üçün vaxtım var. Səni barda hər an gözləyə bilərəm", - yazılıb.
Yaşca özündən olduqca böyük bir şəxsin təcavüz məzmunlu mesajıyla rastlaşan qız vəziyyəti ailəsinə izah edib. Qızın atası olayla bağlı polisə şikayət edib.
Həmin şəxsin Taranın sistemdəki fərdi məlumatlarından istifadə edərək mobil telefon nömrəsini əldə etdiyi məlum olub.
Məhəmməd Vaqif
Milli.Az