Qadin.NET / "Mənə sənətkar deyin" - Nadir

"Mənə sənətkar deyin" - Nadir

"Mənə sənətkar deyin" - Nadir

Müğənni Nadir Qafarzadə özünü "sənətkar" adlandırıb. 

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, ifaçı "ATV maqazin onlarla" verilişində həmkarlarına səslənib. 

O bildirib ki, onu "sənətçi" deyərək, təqdim etməsinlər:

"Nəriman Həsənzadə məni "sənətkar" adlandırıb. "Sənətçi" cılız səslənir. "Sənətkar" isə sanballı ifadədir. Gəlin elə bir-birimizi "sənətkar" deyə çağıraq. Sənət dostlarım efirdə heç vaxt mənim adımı çəkmirlər. Yaddan çıxmışam, qocalmışam. Amma mən həmişə onların adını çəkirəm".

Milli.Az

14 mart 2017
GO BACK