Qadin.NET / Telefonu ilə nikah bağladı - QEYRİ-ADİ TOY

Telefonu ilə nikah bağladı - QEYRİ-ADİ TOY

 

Telefonu ilə nikah bağladı - QEYRİ-ADİ TOY

 

Demək olar ki, hər kəs artıq həyatımızın ayrılmaz hissəsinə çevrilən mobil telefonları çox sevir. Bəs bu sevgi məhz bu cihazla evlilik həddinə qədər gəlib çata bilərmi? Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, ABŞ-ın Las-Veqas şəhərində Aaron Çervenak öz "iPhone"u ilə nikah bağlayıb.

Amerikalı bunu gülüş üçün deyil, ictimaiyyətin diqqətini bir fakta yönəltmək üçün etdiyini deyir. İnsanlar öz mobil cihazlarından həddindən artıq asılı vəziyyətə düşüb və real həyatın mövcudluğunu demək olar ki, unudub. Aaron da insanların mobil telefonlara daha çox diqqət ayırmasına etiraz olaraq belə bir addım atmaq qərarına gəlib.

Qeyri-adi toy dünya mətbuatının da marağını cəlb edib. Aaron ümid edir ki, onun bu hərəkəti kimlərisə telefon asılılığı barədə düşünməyə vadar edəcək. Bəy tərəfindən çəkilən videoçarx ictimaiyyətin cihazlara olan sevgisinin "simvolik jesti" kimi qiymətləndirilir.

Milli.Az

13 mart 2017
GO BACK