Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş cüdo üzrə "Böyük dəbilqə" turnirinin açılış mərasimi keçirilib.
Milli.Az-ın axşam.az-a istinadən məlumatına görə, gecədə "Eurovision" təmsilçilərimizdən olan Səbinə Babayeva səhnəyə çıxıb. Müğənni geyindiyi qeyri-adi libası ilə diqqət çəkib.
Libası ilə bağlı fikirlərini bölüşən S.Babayeva bununla dünya ulduzu Cennifer Lopesə acıq verəcəyini vurğulayıb:
"Artıq həyatımda ikinci dəfədir ki, səhnə paltarıma videoproyeksiya verilir. Burada bütün komandanın böyük əziyyəti var. Uzun məşqdən, hazırlıqdan sonra gözəl çıxış... Cennifer Lopezə acıq verək".
Milli.Az