Qadin.NET / İslandiyada hər kəsə eyni maaş veriləcək

İslandiyada hər kəsə eyni maaş veriləcək

İslandiyada hər kəsə eyni maaş veriləcək

İslandiya cinsi, etnik və ya irqi ayrıseçkilik etmədən bütün vətəndaşlarına bərabər maaş verməyə hazırlaşır.

Milli.Az istipress.com-a istinadən bildirir ki, qadın və kişi arasındakı maaş bərabərsizliyinin qarşısını almaq istəyən İslandiya bu sahədə dünyada ən müvəffəqiyyətli yeniliklər edən ölkə kimi tanınır.

Ötən il nəşr olunan Qlobal qadın-kişi maaş bərabərsizliyi indeksinə görə işçilərin cinsiyyət baxımından maaşlarında ən az fərq olan ölkə İslandiya seçilmişdi.

İslandiya hökuməti 25-dən çox işçisi olan hər iş yerində 'Bərabər Ödəniş Standartı'nı tətbiq edəcəyini açıqladı.

Beləcə 2022-ci ilə qədər cinsiyyət fərqinin səbəb olduğu maaş problemi kökündən həll ediləcək.

Milli.Az

12 mart 2017
GO BACK