Latviyanın paytaxtı Riqa şəhərinə maraqlı oğurluq hadisəsi baş verib.
Milli.Az Trend-ə istinadən bildirir ki, martın 8-ə keçən gecə Riqada yerləşən gül mağazalarının birindən xüsusi olaraq 8 Mart üçün gətirilən bütün qızılgüllər oğurlanıb.
Oğrular mağazada olan digər güllərə toxunmayıb, yalnız qızılgülləri son ədədinə qədər aparıblar. Məlumata görə, mağazaya dəymiş zərər 1.6 min avro dəyərində qiymətləndirilir.
Oğurluq hadisəsi ilə bağlı cinayət işi qaldırılıb.
Milli.Az