Texnologiyanın inkişafı, rəqəmsal vasitələrin yayılması və sosial şəbəkənin düşüncəsiz şəkildə istifadə edilməsi səbəbilə insanlarda Nomofobi, Fomo, Siberhondrik, Fotolurkinq, Facebook depressiyası və Çizpoddinq adı verilən müxtəlif "e-xəstəlik"lərin ortaya çıxdığı açıqlanıb. Deyerler.org Anadolu-ya istinadən xəbər verir ki, mütəxəssislər dövrün xəstəlikləri kimi ifadə edilən bu növ psixoloji narahatlıqların, xüsusilə uşaq və gənclərin inkişafına mənfi təsir etdiyini, problemlə üzləşən insanların mütləq müalicə edilməli olduğunu bildirir.
Milli.Az deyerler.org-a istinadən bildirir ki, mütəxəssislər internetin ovuc içində yerləşməsi, bütün ekranların artıq həm telefon, həm də kompyuter kimi istifadə edilməsi ekrandan asılılığı gücləndirdiyini bildirir.
İnternet və texnoloji cihazlar insanların həyatlarının mərkəzinə gəldikcə insanlarda texnologiya asılılığı da güclənir.
Adam özünü necə idarə edəcəyini öyrənə bilsə, texnologiyanın faydalarından daha çox istifadə edə bilər və zərərlərilə də daha az üzləşər. Dövrümüzdə hər şeyə bir "tık" (klik) məsafəsi qədər yaxınıq və şəxsi həyatımızı daha şəffaf yaşadığımız üçün texnologiya ilə əlaqəli olaraq xəstəliklərə rast gəlinir.
Bəs siz hansına yoluxmusunuz?
Nomofobiya: İnsan telefondan aralananda xəbər almamaqdan qorxar və təlaş keçirir.
Fomo: Sosial şəbəkədə dostlarının vəziyyətlərindən xəbərdar olmaq istəyinə qarşı çıxa bilməmək və vəziyyətlərini daima təqib etmək istəyi halıdır.
Eqo-serfinq: Texnologiya asılılığı olan insanlardan bəziləri müəyyən müddət fasilələrlə öz adını internetdə yoxlayıb, onunla bağlı prosesləri təqib edir.
Google təqibi: Bir şəxsin ətrafındakı insanları davamlı olaraq axtarış mühərrikləri vasitəsilə araşdırması.
Siberhondrik: Xəstəlik hallarında həkim müayinəsi yerinə internetdə müalicə üsullarını araşdırmaq və icra etmək xəstəliyidir.
Fotolurkinq: Xüsusən hər hansı bir sosial şəbəkə platformasında insanların fotolarına saatlarla baxaraq, vaxt keçirmək və bunu davamlı etmək.
Çizpoddinq: Bir nəfərin internetdə keçirdiyi müddət ərzində internetdən mp3 yükləmə xəstəliyi.
Facebook depressiyası: Facebook və digər sosial şəbəkələr insanları depressiyaya meylli edir.
İnternet əsəbiliyi: Mobil cihazlarda və ya kompyuterdəki işləmə qabiliyyətin aşağı düşməsi və ya müvəqqəti problemlərin stress mənbəyidir.
Milli.Az