Müğənni Dima Bilan xəstəxanadadır.
Milli.Az axşam.az-a istinadən bildirir ki, bu barədə ifaçı özü bildirib.
Belə ki, Dima "ZD AWARDS" mükafatlandırma mərasiminə gəlməyincə, onunla telefonda danışıblar və o, hazırda xəstəxanada olduğunu, əməliyyata hazırlaşdığını söyləyib.
Sənətçi xəstəliyini və hansı səbəbdən əməliyyat olunacağını açıqlamasa da, sevənlərinə hər şeyin yaxşı olacağını və narahatlığa ehtiyac olmadığını vurğulayıb.
Milli.Az