Qadin.NET / Həsəd aparanın 3 nişanəsi: Qeybət edənin acı aqibəti

Həsəd aparanın 3 nişanəsi: Qeybət edənin acı aqibəti

Həsəd aparanın 3 nişanəsi: Qeybət edənin acı aqibəti

Səlim ibni Cabir nəql edir: "Peyğəmbərə (s) dedim: "Mənə bir şey öyrət ki, fayda aparım". Həzrət (s) buyurur: "Yaxşılıqdan olan bir şeyi kiçik sayma, baxmayaraq ki, susuz olan zaman dolçana bir qurtum su tökülsə belə. Qardaşınla gözəl əxlaqla qarşılaş və qaib olan zaman onun qeybətini etmə"".

Həzrət Peyğəmbər (s) buyurur: "Merac gecəsində bir dəstə insanı gördüm ki, dirnaqları ilə üzlərinə çəng vururlar və üzlərini cırırlar. Cəbrayilə (ə) dedim: "Bunlar kimlərdirlər?". Dedi: "O kəslərdirlər ki, insanların qeybətini ediblər"".
İmam Sadiq (ə) buyurur: "Loğman oğluna deyir: Həsəd aparanın üç nişanəsi vardır: Başının arxasından qeybət edər, üz-üzə gələn zaman yaltaqlanar, başqalarının giriftar olmasına sevinər".
Milli.Az deyerler.org-a istinadən bildirir ki, İmam Səccad (ə) buyurur: "Dilin haqqı - onu pis sözlərdən saxlamaq, yaxşılıqlara, yersiz sözləri çox danışmaqdan saxlamağa, insanlara yaxşılıq etməyə və onlar haqqında yaxşı danışmağa adət etdirməkdir". (Erfan)
İmam Əli (ə) buyurub: "Allah yanında ən mənfur kəs başqalarının dalınca pis sözlər danışaraq, qeybət edən kəsdir".
İmam Hüseyn (ə) (Onun yanında bir kişinin qeybətini edən kimsəyə) buyurdu: "Ey kişi! Qeybətdən əl çək. Çünki qeybət - cəhənnəm  itlərinin yalıdır".
İmam Sadiq (ə) buyurub: "Bir kişi Əli ibn Hüseynə (ə) ərz etdi:  "Filankəs sizin haqda deyir ki, yolunu azmış və bidətçi birisiniz". Əli ibn Hüseyn (ə) ona buyurdu: "Həmin kişi ilə yoldaşlığın haqqını gözləməmisən. Çünki onun sözünü bizə çatdırmısan. Bizim haqqımızı da gözləməmisən. Çünki qardaşımın mənim bilmədiyim sözlərini mənə çatdırdın!.... Qeybət etməkdən çəkin. Çünki o, cəhənnəm itlərinin yalıdır. Bil ki, kimsə camaatın çox eybini tutursa, bu çox eyb tutmağın özü, eybləri özündə olduğu qədər axtardığını göstərir (onun camaatdan eyb tutması göstərir ki, həmin eyblər onun özündə də vardır)"".
Allahın Peyğəmbəri (s) buyurub: "Üç şəxsə cənnət haramdır: (Allaha) minnət qoyana, qeybət edənə, şərab içənə".
Allahın Peyğəmbəri (s) buyurub: "Kim  müsəlman kişi və ya qadının qeybətini edərsə, qeybət olunan onu bağışlamayınca, Allah 40 gecə-gündüz onun namaz və orucunu qəbul etməz".
Allahın Peyğəmbəri (s) buyurub: "Qeybət etmək zinadan daha pisdir". Ərz etdilər: "Necə?". Buyurdu: "Kişi zina edir, sonra tövbə edir və Allah onun tövbəsini qəbul edir. Ancaq qeybət edən, qeybətini etdiyi şəxs tərəfindən bağışlanmayana qədər bağışlanmaz".

Milli.Az

5 mart 2017
GO BACK