Edison "hər hansı bir şey haqqında bildiyimiz gerçəyin milyonda biri qədərdir" deyəndə bəlkə bir az ifrata varırdı.
Milli.Az lent.az-a istinadən xəbər verir ki, amma bilmədiklərimiz bir yana dursun, səhv bildiklərimiz necə?
Con Lloyd və Con Mitçinsonun imzası ilə çap olunan "Cahilliklər kitabı" (The Book of General İgnorance) səhv bildiyimiz gerçəkləri bizə açıqlayır.
Kulis.Az bu kitabdan seçmələri təqdim edir.
Qırxayağın neçə ayağı var?
Qırx deyil. Yüz də deyil.
Qırxayaq kəlməsi latınca "yüz ayaq" mənasına gələn centipeda sözündən gəlir. Qırxayaqlar yüz ildən çoxdur ki, geniş şəkildə araşdırılsalar da hələ də yüz ayağı olan qırxayağa rast gəlinməyib.
Bəzilərinin daha çox, bəzilərinin də daha az ayağı var.
Ayaqlarının sayı yüzə yaxın olanı 1999-cu ildə kəşf edilmişdir. Bu qırxayağın 96 ayağı var və digər qırxayaqlardan ayaqlarının cüt-cüt düzülmüş olması ilə fərqlənir. Yəni 48 cüt ayağı var.
Bütün digər qırxayaqların ayaqları isə cüt-cüt deyil, tək-tək düzülmüşdür. Bunların ayaqlarının sayı 15 cütdən 191 cütə qədər dəyişir.
Milli.Az