Qadin.NET / Türkiyə dünyada ən çox qaçqın qəbul edən ölkə oldu

Türkiyə dünyada ən çox qaçqın qəbul edən ölkə oldu

Türkiyə dünyada ən çox qaçqın qəbul edən ölkə oldu

Azərbaycanla qonşu olan Türkiyə dünyada qəbul edilən qaçqınların sayına görə lider ölkədir.

Milli.Az bildirir ki, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (QAK) Azərbaycan nümayəndəliyindən eksklüziv olaraq Trend-ə verilən məlumata görə, öz yaşayış yerini dəyişməyə məcbur olan insanların sayı 3.2 milyon olub, 2015-ci ilin ilk yarısında yeni yerləşmə sayının az olmasına baxmayaraq, dünyada zorla yerdəyişdirilmə hələ də artır.

Artıq BMT QAK-ın mandatı altında olan qaçqınların sayı 16,5 milyon nəfərə qədər artıb. Suriya və Cənubi Sudanda baş verən münaqişələr ən yeni qaçqın ərazilərin yaranmasına səbəb olub.

2016-cı ilin birinci yarısında dünyada sığınacağın verilməsi haqqında bir milyondan çox fərdi müraciət (Almaniya böyük həcmdə müraciətlər edilən əsas ölkə olmaqla, eləcə də sığınacaq axtaranlar arasında ən böyük insan qrupu suriyalılar olmaqla) qeydə alınıb.

Qaçqınlar arasında milliyətinə görə suriyalılar 5,3 milyon olmaqla üstünlük təşkil edir. Bu siyahıda növbəti yerlərdə Əfqanıstan (2,7 milyon), Somali (1,1 milyon), Cənubi Sudan (854 200 nəfər) və Sudan (627, 100 nəfər) vətəndaşları üstünlüyə malikdir. Ümumilikdə, bütün dünya qaçqınlarının 100-də 50-ni Suriya, Əfqanıstan və Somalidən olan qaçqınlar təşkil edir.

Türkiyə qəbul edilən qaçqınların sayına görə liderliyi saxlamaqda davam edir.

Türkiyənin qəbul etdiyi qaçqınların sayı - 2,7 milyon nəfəri Suriyadan olmaqla, 2,8 milyon nəfərə çatıb. Qaçqınların sayına görə üstünlük təşkil edən digər ölkələr Pakistan (1,6 milyon nəfər), Livan (1 milyon nəfər), İran ( 950 min nəfər), Efiopiya ( 742 700 nəfər) və İordaniya (691 800) nəfər olub.

Milli.Az

4 mart 2017
GO BACK