Qadin.NET / Türkiyədə ən populyar qız adı Zeynəbdir

Türkiyədə ən populyar qız adı Zeynəbdir

Türkiyədə ən populyar qız adı Zeynəbdir

Türkiyədə son 17 il ərzində doğulan qız uşaqlarına ən çox Zeynəb adı qoyulub.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, Anadolu Agentliyinin müxbiri Türkiyənin Statistika Qurumu (TÜİK) ilə Əhali və Vətəndaşlıq İşləri Baş İdarəsinin göstəricilərinin belə bir nəticənin ortaya çıxdığını qeyd edib. "2016-cı ildə doğulan körpələrə ən çox verilən adlar arasında qız adlarında birinci yeri yenə də Zeynəb aldı", - deyə müxbir bildirib. Qız uşaqlarına ən çox qoyulan adlar arasında 2000-ci ildən etibarən Zeynəb adı həmişə birinci yerdə olub. 2006-cı ildə birinci yerdə "Elif" adı olsa da, 2007-ci ildə yenidən birinci yerə Zeynəb adı yüksəlib və o ildən sonra zirvədən enməyib.
 
TÜİK-in doğum tarixinə görə ən çox istifadə olunan 100 ad siyahısında keçən il "Elif" ən çox verilən ikinci qız adı olub. Hiranur, Defne, Miray, Azra, Zəhra, Nehir, Ecrin və Eylül adları siyahıda növbəti sıralarda qərar tutub.
 
Oğlan uşaqlarına ən çox verilən ad isə Yusif olub. Ən çox verilən adlar siyahısında Yusif adını Eymen, Ömər, Mustafa, Miraç, Berat, Əhməd, Həmzə və Mehmet adları təqib edir. Əmir, Məhəmməd Əli, Məhəmməd, Əli, Çinar, Kərəm, Yiğit, Ayaz, Ertuğrul ve Ömər Asaf adları da keçən il doğulan uşaqlara ən çox qoyulan adlar olub.
 
Bu arada, Türkiyə daxilində əhali kötüklərində qeydiyyatlı adlara baxanda say baxımından ən çox qeydiyyatda olan qadın adları Fatimə, Ayşə, Əminə, Xədicə və Zeynəb, kişi adları isə Mehmet, Mustafa, Əhməd, Əli və Hüseyn olub.
 

Milli.Az

3 mart 2017
GO BACK