Qadin.NET / Şəkildə gözü parlayınca hər şey ortaya çıxdı

Şəkildə gözü parlayınca hər şey ortaya çıxdı

Şəkildə gözü parlayınca hər şey ortaya çıxdı

2 yaşlı oğlunun fotolarını çəkdiyində bir gözünün parıldağını fərq edən ana qorxunc xəstəliyi internetdə araşdıraraq tapıb.

Milli.Az xarici KİV-ə istinadən xəbər verir ki, Akşata Rao, 2 yaşlı oğlu Aayaanın şəkillərini çəkdiyi hər səfər onun sol gözündə bir nöqtə olduğunu fərq hiss edib. Həkimlər Aayaanın gözündəki bu nöqtə boyda parıltının qorxulu bir şey olmadığını, zamanla düzələcəyini deyirdilər.

Lakin, azyaşlının gözündəki parıltı zamanla düzəlmək əvəzinə daha da böyüməyə başlayıb. Narahat olan ailəsi başqa bir həkimə göstərməyə qərar verir. Yenə eyni cavabı alırlar.
 
Aayaanın xəstəliyinin simptomlarını Google-da axtaran anası, retinoblastoma adlandırılan və nadir rastlaşılan bir xərçəng növü ola biləcəyini müəyyən edir.. 

Bir göz həkimiylə danışan ailənin narahatçılığı təsdiqini tapır. Edilən testlər nəticəsində Aayaanın retinasında bir şiş olduğu və göz sinirinə yayıldığı ortaya çıxıb.
 
Uşağın göz siniri və gözü əməliyyat edilərək süni bir gözlə əvəz edilir. Əməliyyatdan sonra həkimlər xəstəliyin üstünə zamanında düşüldüyünü söyləyiblər. 

Məhəmməd Vaqif

Milli.Az

2 mart 2017
GO BACK