Qadin.NET / Adriano Çelentanonun həyatı təhlükədədir

Adriano Çelentanonun həyatı təhlükədədir

Adriano Çelentanonun həyatı təhlükədədir

İtaliyalı aktyor və müğənni Adriano Çelentanonun həyatı təhlükədədir.

Milli.Az axşam.az-a istinadən bildirir ki, 79 yaşlı aktyor özü bu barədə hüquq-mühafizə orqanlarına deyib.

Onun sözlərinə əsasən, 6 nəfər onu və ailəsini izləyir. Hadisə bir həftə bundan əvvəl başlayır. Onlar Adrianonun həyat yoldaşı Klaudianın avtomobilinin şüşəsini sındırıblar, lakin avtomobildən heç nə oğurlanmayıb. Daha sonra 6 naməlum şəxs onun İtaliyadakı mülkünə də soxulublar. Bu hadisə müşahidə kameralarında görüntülənib.

Həmin görüntüləri də polisə təqdim edən aktyor ya onun, ya da xanımının başına bir iş gələrsə, bunun planlı şəkildə olacağını bildirib.

Qeyd edək ki, A.Çelentano və Klaudia 50 ildir ki, ailəlidirlər.

Milli.Az

2 mart 2017
GO BACK