Qadin.NET / Sevinc sağ qalmaq üçün zəhərli ilan və əqrəb yeyir

Sevinc sağ qalmaq üçün zəhərli ilan və əqrəb yeyir

Sevinc sağ qalmaq üçün zəhərli ilan və əqrəb yeyir

İraqın Kərkük şəhərində xərçəng diaqnozu qoyulan qadın zəhərli əqrəb və ilan yeyərək ağrılarını sakitləşdirir. Həkimlər bunun "elmi" olmadığını söyləsə də, gənc qadın 3 ildir bu yolla həyatda qalmağı bacarır.

Milli.Az haberler-ə istinadən xəbər verir ki, 5 il əvvəl xərçəng diaqnozu qoyulan Sevinc Muheddin dərmanlar bahalı olduğu üçün müalicə almadığını deyib: "Xəstəxanada müalicə almağımın aylıq qiyməti ən azı 500 dollar edir. Buna görə müalicə üçün ilan və əqrəb yeməyə başladım. Bir ilanı 30 - 60 min dinara (25 - 50 dollar) tapa bilirəm".

Sevincin xəstəliklə inanılmaz mübarizəsindən bəhs edən reportajı aşağıdakı videodan izləyə bilərsiniz:

Məhəmməd Vaqif
Milli.Az

1 mart 2017
GO BACK